Üzərində "Verni" (Qarabağ) xalça naxışı təsvir olunmuş ipək örpək

64

Məhsul mövcuddur

Çatdırılma - 5

Təsvir

Üzərində "Verni" (Qarabağ) xalça naxışı təsvir olunmuş ipək örpək. Əsrlər boyu Böyük İpək Yolu boyunca Çindən Azərbaycana və əks istiqamətdə karvanlar hərəkət edib. Çin müdrikliyinə hörmət əlaməti olaraq, Azərbaycan naxışlarında Çin mövzusu meydana gəlib: əjdaha və bulud təsvirləri. Bu ənənə xüsusilə Azərbaycanın tarixi bölgəsi olan və Böyük İpək Yolu üzərində yerləşən Qarabağda kök salıb. Azərbaycan toxucuları S hərfi şəklində əjdaha təsvirlərindən hakimiyyət və güc simvolu kimi istifadə ediblər. Bu naxış qədim dövrlərdən bəri Qarabağ xalçalarında və örpəklərində istifadə olunan və Azərbaycanın bu tarixi bölgəsinin qadınlarını bəzəyən 33 kompozisiyadan biri olmuşdur. Bu Qarabağ naxışlı örpək öz sahibəsinə güc və hakimiyyət gətirəcək, eləcə də onun istənilən geyimini mükəmməlcəsinə tamamlayacaq.

Məhsulun xüsusiyyətləri

Barcode

1000000002744

Ölçü

90 sm x 90 sm

Rəylər

Əlaqəli məhsullar

Daha çox məhsula baxın